Putinlə Paşinyan görüşdü - Nədən danışdılar?

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, görüş zamanı ikitərəfli münasibətlərlə bağlı məsələlər müzakirə olunub.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb:

"Dağlıq Qarabağ məsələsinə toxunulmayıb. İkitərəfli münasibətlərlə və ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı ətraflı danışıqlar baş tutub".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.