"Real Madrid" yeni formasını təqdim etdi

Madridin "Real" klubu yeni mövsüm üçün formalarını təqdim edib.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, ev oyunlarında istifadə olunacaq yeni geyimlər ənənəvi rəngindədir.

Lakin bu dəfə ağ rəng qızılı tonlarla tamamlanıb.

Təqdimat fotosessiyasında 2018-ci ilin ən yaxşı futbolçusu Luka Modriç, Serxio Ramis, klubdan ayrılacağı iddia olunan Qaret Beyl və Keylor Navas, həmçinin Kərim Benzema və Marselo iştirak edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.