Məsut özünə zurna-balabanlı toy etdi

"Arsenal"ın futbolçusu Məsut Özilin model sevgilisi Əminə Gülşəni ata evindən çıxardığı anın görüntüləri yayılıb. 

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, cütlüyün yaxınlarının sosial şəbəkələrdə yerləşdirdiyi videolarda futbolçunun dostlarının əlindəki məşəl, zurna-balaban və nağaranın müşayiəti altında qız evinə gedərək Gülşəni evdən çıxardığı görünür.

Qeyd edək ki, toy bu axşam İstanbulda məşhur otellərin birində baş tutacaq. Cütlüyün nikah şahidləri Prezident Rəcəb Tayyib Ərdoğanla onun xanımı Əminə Ərdoğan olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.