"Mançester Yunayted" 2 futbolçu ilə yollarını ayırdı

İngiltərənin "Mançester Yunayted" klubu iki futbolçusu ilə yolları ayırıb.

Milli.Az futbolinfo.az-a istinadən xəbər verir ki, Premyer Liqa nəhəngində müdafiəçi Luis Antonio Valensiya və yarımmüdafiəçi Ander Herrera ilə başa çatan müqavilənin müddəti uzadılmayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Əvəzində yarımmüdafiəçi Xuan Mataya yeni müqavilə təklif olunub.

Qeyd edək ki, Valensiya 2009, Herrera isə 2014-cü ildən MY-də çıxış edirdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.