"Mançester Yunayted" ilk transferini açıqladı

"Suonsi"nin vinqeri Deniel Ceyms karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, MY futbolçunun özü və klubu ilə transferi razılaşdırıb. Klub saytının məlumatına görə, Ceyms artıq tibbi müayinədən uğurla keçib. İngiltərədə əcnəbi futbolçular üçün "transfer pəncərəsi" açıldıqdan sonra "qırmızı şeytanlar"ın keçidin detalları barədə rəsmi informasiya verəcəyi gözlənilir.

Daha əvvəl "Mançester Yunayted"in uelsli oyunçuya görə 15 milyon funt ödədiyinə dair xəbərlər yayılmışdı.

2018-19 mövsümündə 38 matçda meydana çıxan Deniel Ceymsin aktivində 5 qol, 10 məhsuldar ötürmə var.
 
Qeyd edək ki, Ceyms "Mançester Yunayted"in mövsümlərarası fasilədə anlaşmaya vardığı ilk futbolçudu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.