Oynaqlarınız ağrıyırsa, bunları edin

Oynaq ağrılarının müalicəsində təbii vasitələrə də tez-tez müraciət olunur.  

Milli.Az e-tibb.az-a istinadən fitoterapevt Füzuli Hüseynovun bununla bağlı iki reseptini təqdim edir. Həkim bildirib ki, oynaq ağrıları üçün bir neçə resept olsa da, bu, reseptlər daha praktik və özünü doğrultmuş sayılır.

1. Ud hindi tozu - 50 qram

Rafinə edilməmiş zeytun yağı - 250 qram

Bunları bir-birinə qarışdırıb, ağzını kip bağlayıb, sobanın (otopleniyanın) üstündə 1 həftə saxlayıb süzmədən istifadə edə bilərsiniz. Bu yağla ağrıyan oynaqları, boyunu və beli gündə 2 dəfə yüngül masaj edin. Sonra üstünü nazik sellofanla örtüb, 2-3 saatdan sonra açıb götürün. Açdıqdan sonra həmin nahiyədə yağın sorulduğunu görəcəksiniz. Oynaqları yumşaltmaq, elastiləşdirmək, ağrıları götürmək üçün əla bir vasitədir.

2. Spirt - 250 qram

Yod - 30 qram

Sarımsaq - 2 baş

Sarımsağı soyub, ət maşınından keçirib, hamısını bir-birinə qarışdırıb, ağzını kip bağlayın. 15 gün qaranlıq yerə qoyun. Gündə bir dəfə qarışdırın. 15 gündən sonra isə istifadə edə bilərsiniz. Məhluldan gündə 1-2 dəfə azca ələ töküb, ağrıyan oynaqlara sürtüb yüngül masaj edin. Çox güclü bir ağrıkəsici xüsusiyyəti var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.