Kənd komandası Premyer Liqaya vəsiqə qazandı

Ukrayna Premyer Liqasının 2019/20 mövsümündə kənd komandası çıxış edəcək.
Fanat.Az xəbər verir ki, Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən "Kolos" güclülər dəstəsinə vəsiqə qazanıb.

Komanda Premyer Liqaya vəsiqə uğrunda pley-off mərhələsində "Çernomorets"i (Odessa) iki oyunun nəticəsə görə məğlub edib (0:0, 2:0). 

Qeyd edək ki, "Kolos"un təmsil etdiyi Kovalyovka kəndinin 1600 sakini var. 2012-ci ildə yaradılan komanda 2015/16 mövsümündə Ukrayna ikinci liqasında, 2016/17 mövsümündən birinci liqada çıxış edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.