Mxitaryanın transferi düyünə düşdü

İngiltərənin "Arsenal" klubunun futbolçusu Henrix Mxitaryanın Dortmund "Borussiya"sına qayıtması düyünə düşüb. 

Oxu.Az xəbər verir ki, buna səbəb onun meneceri Mino Rayolaya üç aylıq transfer qadağasının qoyulmasıdır. 

İtaliyalı menecer İdman Arbitraj Məhkəməsi tərəfindən ilkin olaraq avqustun 9-dək cəzalandırılıb. Bu üzdən Mxitaryanın "Arsenal"da qalacağı gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.