Neymarın yaşıl meydanlara qayıdacağı vaxt bilindi

Braziliya millisinin Qətərlə keçirdiyi yoxlama oyununda (2:0) zədələnən Neymarın durumuna aydınlıq gəlib.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun sağalma prosesi təxminən bir ay davam edəcək. Bu barədə Neymarın çıxış etdiyi PSJ klubunun rəsmi saytı məlumat yayıb.

Neymar Braziliya millisinin Amerika kuboku turniri matçlarında iştirak edə bilməyəcək.

Amerika kuboku 15 iyun-7 iyul tarixlərində keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.