“Forbes” jurnalı dünyanın ən bahalı komandalarının adlarını açıqladı

İşgüzar dünyanın ən populyar nəşrlərindən olan "Forbes" jurnalı dünyanın ən bahalı komandalarını müəyyən edib.

Day.Az bizimyol.info-ya istinadla xəbər verir ki, nə qədər qəribə də olsa birinci və ikinci yeri ABŞ-a məxsus komandalar tutub. Amerika futbolu üzrə keçirilən oyunlarda şöhrət qazanan "Dallas Cowboys" komandasının dəyəri 5 milyard dollardır. İkinci yerdə gələn "New York Yankees" komandası isə beysbol əvəskarlarının sevimlisidir. Bu komandanın dəyəri 4.6 milyard dollardır. İspaniyanın "Real Madrid" futbol komandası 4.2 milyard dollar, "Real Madrid"in əzəli və əbədi rəqibi "Barselona" isə 4.0 milyard dollardır. Beşinci yerdə gələn "New York Knicks" basketbol komandası da ABŞ-a məxsusdur. Onlar da 4 milyard dollar dəyərə sahibdir.

Hazırda "Real Madrid" Almaniyanın "Adidas" şirkəti ilə 12 il müddətinə müqavilə imzalamaq ərəfəsindədir. Həmin müqavilənin dəyəri 1.8 milyard dollardır. Bu, futbol tarixində bağlanan ən bahalı müqavilə olacaq.

İngiltərənin "Manchester United" futbol klubunun dəyəri 3.8 milyard, Almaniyanın "Bayern Munixen" futbol klubunun dəyəri 3 milyard, İngiltərənin başqa bir futbol komandası-"Manchester City" isə 2.69 milyard dollardır.

Bu məlumatlar bir daha təsdiq edir ki, böyük idman böyük biznes deməkdir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.