Dieta zamanı arıqlamağa mane olan

Sağlam olmaq və yaxşı görünmək kimi müxtəlif səbəblər insanları dieta saxlamağa məcbur edir. Amma çarəni dietada görən adamların çoxu nə qədər çalışsa da, istədiyi qədər arıqlaya bilmir.

Day.Az Medicina.az-a istinadla mövzu ilə bağlı maraqlı məlumatları təqdim edir

Pəhriz saxlayanların diqqət etməli olduğu məsələ: Bu, ömrünüzü azalda bilər. Uzun və sağlam həyatın sirri: az yemək. Nə yemək yox, nə zaman yemək önəmlidir.

 
  
 
 
1 - Şəkəri azaldın

Bol şəkərqəbul etmək insanı kökəldən əsas səbəblərdən biridir. Orqanizm artıq şəkəri yağ hüceyrəsi kimi tutub saxlayır.

Şokolad və şirniyyat yeməyi tərgidib onları bal və ya quru meyvələ əvəz etsəniz belə, qəbul etdiyiniz şəkərin miqdarı yenə çox ola bilər.

Hansı şəkildə olur-olsun, şəkər dieta saxlayanların uzaq durmalı olduğu qida maddələrinin birincisidir.

Bunun qarşısını almaq üçün şəkərə nəzarət etməklə dietanız qeydiyyatını aparın.
 

Gündəlik qəbul etdiyiniz şəkərin miqdarını hər gün bir az azaltmağa çalışın.
 
 
 
 

2 - Hərəkət edin

Həftədə bir neçə dəfə idman etmənizə baxmayaraq çəki ata bilmirsinizsə, günün sonrakı hissəsində nəylə məşğul olduğunuza diqqət etməlisiz.

Araşdırmalar göstərir ki, insanların 80%-i onlara məsləhət görülən həftədə beş gün və hər gün ən azı 30 dəqiqə idman etmək rejiminə əməl edə bilmir.

Ona görə də idmanı həyatınızın hər anına daxil etməniz lazımdır. Bunun üçün pilləkənlə qalxmaq, işə velosipedlə getmək və ya maşınınızı gedəcəyiniz yerdən uzaqda saxlamaq kimi sadə üsullardan istifadə edə bilərsiz.
 

Bu üsullar həzm prosesini fəallaşdırmaq üçün çox vacibdir.
 
 
 

3 - Qidanı yaxşı çeynəyin

İnsanların 60%-i yeməyini 5 dəqiqəyə bitirərək sürətli həyat tempindən geri qalmamağa çalışır.

Araşdırmalar zamanı o da məlum olub ki, televizora baxaraq yemək yeyənlər diqqətləri ekranda olduğu üçün qidanı yaxşı çeynəmədən udurlar.

Yaxşı çeynənməyən qidalar istaha nəzarət edən hormonların fəaliyyətini zəiflədir.

Qidanı daha çox çeynəməyə vərdiş etmək üçün dostlarınızla birlikdə yemək yeyəndə boşqabınızdakıları hamıdan sonda bitirməyə çalışın.

 
 
 
4 - Faydalı qidaları da az yeyin

Yəqin ki, dieta saxlayanda bəzi ağır yeməklərdən vaz keçib sağlam qidalar qəbul etməyə başlayırsız.

Amma bol sağlam qida da dietanızın istədiyiniz nəticəylə bitməsinə mane ola bilər.

Quru meyvələrin və zülallı qidaların böyük əksəriyyəti faydalı olsa da, artıq kalori ucbatından sizi hədəfinizdən uzaqlaşdırar.
 

Qoz, badam və fındıq kimi qidaları qəlyanaltılar zamanı və az miqdarda yeməklə həm dietaya əməl etmiş olar, həm də orqanizminizə lazım olan qida maddələrini qəbul etmiş olarsız.
 
 
 
 
 

5 - Yuxu normasına əməl etmək

Mütəxəssislər yuxu normasına əməl etməyin dieta üçün əhəmiyyətli olduğunu vurğulayırlar.

Gecə pis yatanda orqanizmin karbohidrat və şəkər ehtiyacı artır, hədsiz yorğunluq zamanı da beyin şəkər çatışmazlığı siqnalı verir.

Yuxu həm də hormonların fəaliyyətini nizama saldığı üçün dietanın nəticəsinə birbaşa təsir edir.

Daha yaxşı yatmaq üçün özünüzə bir proqram tutun və ona əməl edin. Hər gün eyni saatda yatıb-durmağa çalışın. 

 
 
 
 
6 - Stresdən uzaq durun

Gərgin iş rejimi və gündəlik problemlərin yaratdığı stres dietanın müsbət nəticəsinə mane olan səbəblərdən biridir.

Orqanizmin stres vıziyyətində ifraz etdiyi hormonlar sizi şəkər qəbul etməyə sövq edə bilər.

Yoqa kimi sakitləşdirici fəaliyyətlərlə məşğul olmağa çalışın. Stresli hallarda banan yeməniz qan təzyiqinizi normallaşdıra bilər. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.