Tanınmış idmançı güllələndi

Beysbol ulduzu Deyvid Ortiz güllələnib.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, hadisə Dominikan Respublikasının paytaxtı Santo-Dominqoda baş verib.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, idmançı oğurluq əsnasında güllələnib.

Əvvəlcə onun ayağından yaralandığı deyilsə də, aktyorun belindən girən güllə qarnından çıxıb.

Ortiz "Comprehensive Medical Center"ə çatdırılıb. İdmançının atasının dediyinə görə, onun vəziyyəti normaldır.

Həkimlərin dediyinə görə, Ortiz əməliyyatdan əvvəl həkimlərə "Qoymayın ölüm, mən yaxşı adamam" sözlərini söyləyib.

"Big Papi" ləqəbi ilə tanınan 43 yaşlı Ortiz "Boston Red Sox" və "Minnesota Twins" klublarında oynayıb və 3 dəfə çempionluq qazanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.