Kapitan "Neftçi"dən getdi

"Neftçi" kapitanı Ruslan Abışovla yollarını ayırıb.

Day.Az xəbər verir ki, bu barədə klubun rəsmi sosial şəbəkə hesabları məlumat yayıb. 31 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, 2003-2012-ci illərdə "Neftçi"nin formasını geyinən Ruslan daha sonra "Xəzər Lənkəran", "Rubin", "Qəbələ" və "İnter" kimi komandalarda oynayıb. Müdafiəçi 2017-ci ildə yenidən "ağ-qaralar"a qayıdıb. Onun "Neftçi" il 1 illik müqaviləsi var idi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.