Rəşad Sadıqovdan milliyə dəstək

Millimizin sabiq kapitanı Rəşad Sadıqov AÇ-2020-nin seçmə mərhələsində Slovakiya ilə oyun öncəsi yığmamıza komandamıza dəstək verib.

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki,  o, özünün "İnstaqram"  hesabında bu barədə paylaşım edib.

Sadıqov paylaşımında milli komandanın fotosunu paylaşaraq "Birlik-bərabərlik günü. Zəfər bizim olacaq" sözlərini yazıb. 

Qeyd edək ki, Azərbaycan - Slovakiya görüşü bu gün saat 20:00-da başlayacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.