Bakının Qaradağ rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. 

Day.Az oxu.az-a istinadla xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Ələt qəsəbəsində qeydə alınan qəzada yüksək sürətlə hərəkətdə olan "Lada Priora" markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib və maşın işıq dirəyinə, daha sonra yol kənarındakı dayanacağa çırpılıb. 

Zərbənin təsirindən avtomobil ikiyə bölünüb. Qəza zamanı sürücünün xəsarət alaraq, xəstəxanaya çatdırıldığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.