Sürücülərin diqqətinə!

Bu axşam 22:00-dan səhər saatlarına kimi Binəqədi şossesində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Day.Az xəbər verir ki, işlər avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə aparılır. 

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.