Adi soda bu yayılmış xəstəliyi müalicə edir

Corcıya Tibb kolecinin (ABŞ) mütəxəssisləri revmatoid artrit xəstəliyindən əziyyət çəkən insanlara soda məhlulunu içməyi tövsiyə edir.

Day.Az Saglamolun.az-a istinadla xəbər verir ki, revmatoid artrit yayılmış autoimmun xəstəlikdir. Bu xəstəlik zamanı orqanizmin immun sistemi hüceyrələri oynaqlara hücum edərək onları dağıdır, iltihab və ağrılara səbəb olur. Bir çox digər autoimmun xəstəliklər kimi bu xəstəliyin səbəbi də sona qədər məlum deyil və xəstəlik  tam müalicə olunmur.  

Araşdırma göstərib ki, soda immun hüceyrələrə oynaqları dağıtmağa mane olur, iltihab və ağrıları azaldır.  

The Daily Mail-in məlumatına görə, araşdırmada iştirak edən insanlar soda məhlulunu qəbul etdikdən 2 həftə sonra ağrıların azalmasını qeyd edib. Analizlər iltihabın səviyyəsinin aşağı düşməsini göstərib.

Bundan əvvəl aparılmış araşdırma soda məhlulunun doğuşu asanlaşdırmaq xüsusiyyətini aşkar edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.