Bakının Zığ qəsəbəsində marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan qadınların şəxsiyyəti məlum olub.

Day.Az Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində xəsarət alan 1984-cü il təvəllüdlü Məmmədova Sülahət Təbriz qızı və 1975-ci il təvəllüdlü Həsənova Könül İmamverdi qızı qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlardan K.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Hadisə nəticəsində xəsarət alan digər qadın, 1984-cü il təvəllüdlü Zeynalova Aysel Sultay qızı isə Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Xatırladaq ki, paytaxtın Xətai rayonu, Zığ yolunda 104 saylı marşrut avtobusu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 qadın xəstəxanaya yerləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.