Ekologiya postunda qəza - Gənc xəstəxanalıq oldu

Bakıda qəza nəticəsində bir nəfər xəstəxanaya yerləşdirilib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, hadisə bu gün səhər Bakı-Quba yolunda Ekologiya postunun yaxınlığnda qeydə alınıb.

Qəza nəticəsində 1995-ci il təvəllüdlü Ağayev Əsəd Əbülfəz oğlu müxtəlif dərəcəli xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Ə.Ağayev qapalı kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.