Gecə saatlarında Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Day.Az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Bibiheybət məscidi yaxınlığında qeydə alınıb. 

Belə ki, BMW markalı avtomobil reklam lövhəsinə çırpıldıqdan sonra yanıb. 

Hadisə nəticəsində avtomobilin sürücüsü - 1989-cu il təvəllüdlü Rəcəbov Əsədağa Nadir oğlu ölüb, maşında olan sərnişin isə ağır yaralanıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat təcili yardıma saat 03:37-də daxil olub:

"Avtomobildə olan sərnişin - 28 yaşlı Kamran İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti ağır kimi qiymətləndirilir".

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.