Sumqayıtda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Day.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə 555 saylı marşrut xətti ilə Qaradağ rayonu Müşfiq qəsəbəsindən Sumqayıt istiqamətində hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı avtobusun 90-VB-910 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə toqquşduğu əks olunub. 

Hadisənin avtobusun ötmə əməliyyatını pozması nəticəsində baş verdiyi qeyd edilib. 

Xəsarət alanlarla bağlı məlumat yoxdur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!