Azərbaycanlı müğənni xanımından BOŞANDI - İkinci evliliyə hazırlaşır?

Mən bu yaxınlarda eşitdim ki, boşanmısan. Dedim yalan söhbət olar.

Day.Az Milli.Az-a istinadla xəbər verir ki, bu sözləri Zaur Kamal aparıcısı olduğu proqramda müğənni Əbdül Xalidə ünvanlayıb.

Müğənni şəxsi həyatında baş verənlərlə bağlı ilk dəfə danışıb:

"Heç kim həyatda heç nədən sığortalanmayıb. Günah səndə, məndə söhbəti deyil. Bu günə kimi mən şəxsi həyatımla bağlı heç bir açıqlama verməmişəm. Oldu da yəni! Artıq 2 ildir ayrılmışıq. Sadəcə, bu xəbər indi çıxıb. İstəmirdim kimsə bilsin. Mən istəsəydim, bu xəbər çoxdan sızardı. 8 yaşında bir qız övladım var. Gəlir, gedir. Belə olmamalıydı. Bütün bağları anam saxlamışdı. O sağ olsaydı, yəqin belə bir şey olmazdı".

Əbdül Xalid aparıcının "Evlənəcəksən növbəti dəfə?" sualına da səmimi cavabı ilə diqqət çəkib:

"Qismət! Hələ ki, yox!" Çünki saç ağarıb". 

Qeyd edək ki, Xalid 2010-cu ildə Nigar adlı xanımla ailə qurmuşdu. Müğənninin anası 2017-ci ilin sentyabr ayında dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.