Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin seçmə mərhələsində İslandiyaya 0:2 hesablı məğlubiyyətdən danışıb.

Day.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, çalışdırıcı Fransanın daimi favorit olduğunu bildirib. 

Təcrübəli məşqçi sona qədər mübarizə aparacaqlarını deyib: "Fransa qrupun əsas favoritidir. Bu səbəbdən bizim mübarizə aparacağımız rəqib İslandiyadır. Fransanı deyil, İslandiyanı məğlub etsəydik, daha yaxşı olardı. Rəqib burda aldığı 3 xalla mübarizəyə girdi. Biz qalib gəlsəydik və ya heç-heçə etsəydik, hər şey bizim leyhimizə olacaqdı.

Zədəli futbolçuların  olması da qarşılaşmaya təsir etdi. Komandanı dəyərləndirsək, daha yaxşı oyun göstəririk. 3 gün ərzində iki oyun oynamaq da çətindir. Həm hazırlaşmaq üçün vaxtımız az oldu, uzun bir səfərə çıxdıq. Bütün bunlar qarşılaşmaya təsir etdi. Standart vəziyyətlərdən istifadə edəcəklərini düşünürdük. Belə də oldu. Rəqibin hündürboylu futbolçuları onlar üçün üstünlük yaradırdı".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!