"Dünyada münaqişələr nəticəsində insanlar əziyyət çəkirlər. Burada informasiya terroru da rol oynayır".

Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

"Silahlar bizdən daha çox danışır. Azərbaycan dialoq qurulması istiqamətində təşəbbüsləri dəstəkləyir. Qlobal təhlükəsizliyə olan təhdidlərə qarşı gücümüzü birləşdirə, bir sıra layihələrə imza ata bilərik", - deyə B.Muradova qeyd edib.
B.Muradova Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması dialoq qurulması istiqamətində atılan addımlara töhfə verəcəyini bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.