Yardımlı sakini 6 kilo narkotiklə tutuldu

Yardımlı rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Day.Az Teleqraf.com-a istinadla xəbər verir ki, Yardımlı rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş E.Miranov həbs edilib.

Ondan 6 kiloqram 120 qram tiryək götürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.