Flora Kərimova barədə maraqlı fakt ortaya çıxdı

Xalq artisti Flora Kərimova barədə maraqlı fakt ortaya çıxıb.

Day.Az axşam.az-a istinadən bildirir ki, efirlərə əsasən, dikdaban ayaqqabıda çıxan 77 yaşlı sənətçi müvazinətini və yerişini itirməmək üçün hər dəfə evdə məşq edir.

Belə ki, Kərimova bağ evində mütəmadi olaraq dikdaban ayaqqabı geyinir və həyətdə gəzir. Onun bu gəzintisi gün ərzində bəzən iki-üç saat vaxtını alır.

Qeyd edək ki, müğənni bundan yorulmur və yaxın ətrafına səhnə, tamaşaçılar üçün bu addımı atdığını deyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.