Binəqədi-Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Day.Az oxu.az-a istinadla xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Qəza zamanı "Niva" və "Opel" markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Qəzadan sonra yolda tıxac yarandığından sakinlər yaralıları özləri xəstəxanaya çatdırıblar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.