Qoxusu ilə əksər insanın sevdiyi mixəyin insan sağlamlığı üçün faydası danılmazdır.
 
Day.Az Medicina.az-a istinadla xəbər verir ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir. 
 
Bəs mixəyin digər faydaları nədir?

Spazmları azaldır
 
Yaraların sağalmasını tezləşdirir
 
Güclü iltihab əleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər

Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən qoruya bilərsiniz
 
 Ağız qoxusu, damaq problemləri, diş ağrısı zamanı mixəyi çeynəmək yaxşıdır. Çünki o, ağız boşluğunda mikrobları öldürür, nəfəsi təravətləndirir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.