Məşhur türk müğənnisi Berkay qəzaya düşüb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Hadisə sənətçinin Ədirnə-İstanbul yolunda baş verib. Gecə saatlarında onun avtomobili başqa maşınla toqquşub.

Berkay çiyin və boyun nahiyəsindən yaralanıb.  Onun hazırda xəstəxanada olduğu qeyd edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.