İlhamə Quliyeva haqqında ŞOK AÇIQLAMA: “Bu dəqiqə səni öldürərəm...”

ARB televiziyasında yayımlanan "Səhər-səhər" verilişində şok açıqlamalar səsləndirilib.

Day.Az Redaktor.az-a istinadla xəbər verir ki, layihənin aparıcıları mərhum sənətkar İlhamə Quliyevadan danışıblar. Onun var-dövləti, ailəsi barədə söylənilən söhbətlər müzakirələrə səbəb olub.

Əli Mirəliyev Quliyevanın bacılarından, Elgiz Əkbər isə mərhum ilə arasında yaşanan söhbətdən danışıb:

"Dedim ki, bir balanız var. Bütün sərvətinizi keçirin onun adına, bitsin bu söhbət. Mənə dedi, bu dəqiqə səni öldürərəm, mən ölmüşəm? Orxana niyə verirəm? Heç kimə verməyəcəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.