Gəncədə “Mədəniyyət həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzlərinin Elmi İşçilərinin I Ümumrespublika seminarı keçirilib

Cari ilin 15 iyun tarixində Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından 26 il ötür. Dövlətçilik tariximizdə 15 iyun Milli Qurtuluş günü kimi qeyd olunur. Bu məqsədlə 12 iyun 2019-ci il tarixində Gəncə şəhərində "Mədəniyyət həftəsi" çərçivəsində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Gəncə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev Mərkəzləri - Azərbaycançılıq məfkürəsinin məbədi kimi" mövzusunda Heydər Əliyev Mərkəzlərinin Elmi İşçilərinin I Ümumrespublika seminarı keçirilib.

Seminarda Gəncə İcra Hakimiyyətinin Humanitar işlər üzrə baş məsləhətçisi Yadigar Bədəlov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Sənan Hacıyev,  Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova, Elmi-Metodiki və İxtisasartırma Mərkəzin direktoru Asif Usubəliyev, elmi katib Cavid Əliyev, şöbə müdiri Sənan Talıbov, əməkdaşları Pərvanə Hüseynova, Ceyhun Əhmədov çıxış ediblər. 

Onlar öz çıxışlarında H.Əliyevin böyük şəxsiyyətini, Azərbaycan xalqının taleyində və tarixindəki misilsiz xidmətlərini bir daha diqqətə çatdıraraq Ulu öndərin azərbaycançılıq məfkurəsindən bəhs edib, ədəbiyyatın və incəsənətin inkişafı üçün göstərdiyi qayğı və diqqətdən söz açacaqlar. H.Əliyevin mükəmməl və müdrik siyasətinin nəticəsi olaraq Respublikamızın qazandığı uğur və müvəffəqiyyətlər, dövlətçiliyimiz yolunda misilsiz xidmətlər, elm, ədəbiyyat, incəsənətin inkişafıbir daha vurğulanıb. Heydər Əliyev Mərkəzlərin elmi işçilərinin  bu kontekstində fəaliyyəti danılmaz olduğu qeyd olunub. Mövzuların aktuallığını nəzərə alaraq, müzakirələr aparılıb.

Tədbirin sonunda Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgəndərova Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən təltif olunub.

Qeyd edək ki, seminar zamanı Xalq artisti Rafael Bayramovun rəhbərliyi altında Gəncə Dövlət Kamera orkestrının triosu çıxış etmişdir.