Beyninə qan sızan Ağakərimdən XƏBƏR VAR: Günü-gündən daha da...

Ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.

Day.Az xəbər verir ki, Milli.Az-a açıqlama verən meyxanaçının yeni ailə həyatı quran yeganə oğlu Kamil, atasının vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

O, atası Ağakərimin​ tam sağalacağı müddəti də açıqlayıb:

"Hal-hazırda vəziyyəti yaxşıdır. Günü-gündən daha da düzəlir. Müalicəsi davam edir. Bu xəstəlik belə xəstəlikdir ki, yəni, tam sağalmağı 5-6 il çəkir. Bu xəstəliyə zaman lazımdır. Həkimlər də həmin sözü deyirlər. Vaxtlı-vaxtında dərmanını içəndə, pəhriz saxlayanda düzəliş olur". 

Qeyd edək ki, Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.