Masallıda "Mercedes" yanıb

Masallıda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Day.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə rayonun Hüseynhacılı kəndində qeydə alınıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.