"Forbes" dünyanın ən çox qazanan idmançılarının yeni siyahısını açıqlayıb.

Day.Az qol.az-a istinadən xəbər verir ki, siyahıya "Barselona"nın hücumçusu Lionel Messi başçılıq edir. Argentinalı ulduz ilinə 127 milyon dollar qazanır. 

İkinci pillədə "Yuventusun" portuqaliyalı futbolçusu Kriştiano Ronaldo qərarlaşıb. 34 yaşlı hücumçunun illik gəliri 109 milyon dollardır. 

Üçüncü yeri PSJ-nin 27 yaşlı hücumçusu Neymar tutub. Braziliyalının illik qazancı 105 milyon dollardır.

Ən çox qazanan 10 idmançı

1. Lionel Messi ("Barselona") - 127 milyon

2. Kriştiano Ronaldo ("Yuventus") - 109 milyon

3. Neymar (PSJ) - 105 milyon

4. Saul Alvares (boks) - 94 milyon

5. Roce Federer (tennis) - 93.4 milyon

6. Rassl Uilsson ("Sietl", Amerikan futbolu) - 89.5 milyon

7. Aaron Rocers ("Qrin Bey", Amerikan futbolu) - 89,3

8. Lebron Ceyms ("LA Leykers", basketbol) - 89 milyon

9. Stefen Körri ("Golden Steyt Uorriors", basketbol) - 79.8 milyon

10. Kevin Dürant ("Golden Steyt Uorriors", basketbol) - 65.4 milyon

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!