20:47

Milli.Az Trend-ə istinadən bildirir ki, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata əsasən, yaşayış binasının 6, 7 və 8-ci mərtəbələrinin eyvanlarından keçən plastik borular yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

----------
17:58

Yasamal rayonunda binada yanğın baş verib.
Day.Az xəbər verir ki, "Ölkə.Az"ın hadisə yerində olan müxbiri bildirir ki, yanğın Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində baş verib.

Çoxmənzilli yaşayış binasında baş verən yanğından sonra əraziyə yanğınsöndürənlər cəlb edilib. Hazırda sakinlər təxliyə edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

15 000-dək krediti 15 dəqiqəyə əldə et!