Bu ölkədə FACİƏ: yük maşını avtobusla toqquşdu - 14 ölü

Misirin paytaxtı Qahirə yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, şose yolda yük maşını sərnişinləri daşıyan mikroavtobusla toqquşub. Qəza nəticəsində 14 nəfərin həlak olduğu bildirilir. Daha daha 8 nəfər yaralanıb.

Qeyd edək ki, Misirdə yol qəzalarında hər il təxminən 12 min nəfər həlak olur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.