Xalq artisti imicini dəyişdi

Xalq artisti Nəzakət Teymurovanın yeni fotosu yayılıb.
Day.Az "ÖlkəAz"a istinadla xəbər verir ki, xanəndə fotonu İnstaqram səhifəsindən paylaşıb.

İfaçının yeni imicdə olan fərqli fotosu izləyicilərin marağına səbəb olub. Onlar xalq artistinə çoxlu tərif mesajları yazıb.
Qeyd edək ki, Nəzakət Teymurova Opera və Balet Teatrının solisti həmçini mahir muğam ifaçısıdır. Onun səhnədə ilk rolu "Leyli və Məcnun" operasında Leyli rolu olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.