Türkiyədə yağan dolu 12 nəfəri xəstəxanalıq etdi

Türkiyənin Ordu şəhərinə dolu düşüb.

Day.Az Trend-ə istinadla xəbər verir ki, nəticədə 12 nəfər xəsarət alıb.

Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib, 1 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Dolunun kənd təsərrüfatına da ciddi ziyan vurduğu bildirilir.

Dolu evlərin və binaların dam və pəncərələrini də dağıdıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.