Azərbaycanlı dünya çempionu öz toyunda gəlinlə "yumruqlaşdı"

Kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionu Eldar Əlizadənin toyu olub.

Day.Az Buta.ws-yə istinadla xəbər verir ki, həyatını ali təhsil almaq üçün getdiyi Türkiyədə davam etməyə qərar verən azərbaycanlı idmançı orada evlənib. Eldar Fatma adlı türk xanımla ailə quran idmançımızın toy məclisi Kastamonu şəhərində baş tutub.

İdmançımızın toydan paylaşdığı görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. Belə ki, bəylə gəlin boks əlcəyi geyinərək yumruqlaşırlar.
Görüntüləri təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.