Türkiyənin 28 şəhərində əməliyyat keçirilir

Türkiyənin 28 şəhərində narkotacirlərə qarşı əməliyyat keçirilir.

Day.Az Trend-ə istinadla xəbər verir ki, əməliyyat çərçivəsində 25 kiloqramdan çox narkotik vasitənin müsadirə olunduğu bildirilir. Eləcə də 15 ədəd odlu silah aşkar edildiyi qeyd edilir.

Əməliyyat çərçivəsində 161 nəfərin saxlanıldığı bildirilir.

Daha öncə ölkənin daxili işlər naziri Süleyman Soylu narkotik vasitənin dozadan artıq qəbul edilməsindən ölənlərin sayının getdikcə artdığını qeyd etmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.