Yaqub Məmmədov Qulu Əsgərovun fəxri adını əlindən alıbmış? - Sənətkarların dialoqu illər sonra

Əfsanəvi sənətkar Qulu Əsgərovun həyat yoldaşı Sevər Əliyeva İTV-yə müsahibəsində maraqlı faktlar açıqlayıb.

Day.Az ölkə.az-a istinadən bildirir ki, o, həyat yoldaşının mədəsində 1986-cı ildə xərçəng xəstəliyi aşkarlandığını və xəstəlikdən sonra baş verənləri danışıb:

"Salyana getmişdi, soruşdum ki, orada nə yedin? Dedi ki, heç nə. Sonra həkimə müraciət etdik, Moskvaya göndərildi və məlum oldu ki, mədəsində xərçəng xəstəliyi var".

S.Əliyeva həyat yoldaşının həmkarları ilə son görüşü barədə də danışıb:
"Xəstə olduğunu biləndən sonra filarmoniya bağına getmişdi. Orada bütün həmkarları, dostları ilə görüşüb halallaşanda səbəbini soruşurlar. Deyir ki, mədəmdə o zəhrimardan var, ona görə gəldim hamınızla sağollaşım. Hər kəs onun bu cəsarətinə heyrətlənmişdi".

Sevər Əliyeva Qulu Əsgərovun fəxri ad almadan həyatdan köçməyi barədə isə bunları deyib:

"Günlərin birində Yaqub Məmmədova fəxri ad verdilər. Ondan bir neçə gün sonra Yaqubla Qulu küçədə rastlaşır. Yaqub deyir ki, Qulu, bağışla, sənin adını mənə verdilər. Qulu deyir ki, hər kəsə öz haqqını verirlər, sən də öz haqqını almısan".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.