Polşa səmasında qeyri-adi gəmi göründü

Polşanın Meroşuv şəhəri yaxınlığında lentə alınan bir video çarx sosial şəbəkələrdə böyük marağa səbəb olub.

Day.Az ölkə.az-a istinadən xəbər verir ki, bu dəfə çox yüksək sürətli PUA kadra düşüb. İnternetdə isə ufoloqlar məsələyə iki şərh verirlər. Birinci versiyaya əsasən, PUA-lar üzərində yeni sınaqlar keçirilir.

İkinci versiyaya əsasən isə, yadplanetlilər planetimizin monitorinqini artırıblar. Ehtimal edilir ki, planetimiz nüvə və ekoloji fəlakətlə üz-üzədir və onlar bu səbəbdən araşdırmaları artırıblar.

Qeyd etmək yerinə düşər ki, ABŞ-ın bir sıra hərbi strukturları, xüsusən də naməlum uçan obyektləri müşahidə etmək üçün qurulan "FastWalkers" qurumu etiraf edir ki, son dövrlər UNO-ların peyda olması barədə faktlar çoxalıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.