Ruslan Abışovun yeni klubu məlum oldu

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini daha bir futbolçu ilə gücləndirib.

Day.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi"dən ayrılan Ruslan Abışovla 2 illik müqavilə bağlayıb.

Futbolçu karyerasına "Neftçi"də başlayan Abışov, daha sonra "Xəzər Lənkəran", "Qəbələ", "İnter" və Rusiyanın "Rubin" klubunun uğurları üçün çalışıb.

Qeyd edək ki, Ruslan Azərbaycan millisində keçirdiyi 55 oyunda 4 qola imza atıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.