Kamikadze özünü partlatdı - 8 ölü

Əfqanıstanın Cəlalabad şəhərində partlayış törədilib.

Day.Az Trend-ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 8 nəfər həlak olub.

Daha 11 nəfərin yaralandığı deyilir.

Qeyd olunur ki, partlayış nəzarət-buraxılış məntəqəsinin qarşısında baş verib. Hadisəni intiharçı terrorçunun törətdiyi deyilir.

Partlayışla bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.