Ürəyi qoruyan ən yaxşı vasitə

ABŞ alimləri geniş əhatəli araşdırma nətiocəsində ürək-damar sistemini ən yaxşı qoruyan vasitəni təyin ediblər.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri American Journal of Clinical Nutrition jurnalında dərc olunub.

Alimlərin fikrinə görə, ürək və damarlar üçün ən qiymətli və faydalı məhsul qozdur.

Mütəxəssislər qozu hətta "sağlamlıq kapsulları" adılandırıb. Qoz xolesterinin səviyyəsini aşağı salır və həmçininürək-damar sistemi sağlamlığının digər markerlərinə müsbət təsir edir.

Alimlər qeyd edir ki, gün ərzində 2-4 qoz ləpəsinin istehlakı insult və işemiya xəstəliyinin riskini azaldır, yaddaş və beyinin vəziyyətini yaxşılaşdırır, həyatı uzadır.

Lakin nəzərə almaq lazımdır ki, hətta qoz kimi faydalı məhsuldan sui-istifadə ziyanlı ola bilər. Digər elmi araşdırma göstərib ki, müntəzəm olaraq çoxlu qoz yemək qaraciyər üçün ziyanlıdır və hətta bu orqanda xərçəngin inkişafına təkan verə bilər. Bunun səbəbi qozda tez-tez təsadüf edilən aflotoksindir. Aflotoksin güclü kanserogen maddədir. Bu toksin Aspergillus göbələyi tərəfindən ifraz olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.