Ağ Evin mətbuat katibi işdən çıxır

Ağ Evin mətbuat katibi Sara Sanders iyunun sonunda öz postunu tərk edəcək.

Day.Az Trend-ə istinadla xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.

D.Tramp yazıb: "O, inanılmaz bir iş görmüş qeyri-adi istedada malik xüsusi bir insandır! Ümidvaram ki, Arkanzasın qubernatoru üçün öz namizədliyini irəli sürəcək".

Qeyd edək ki, S.Sanders 2017-ci ildən Ağ Evin mətbuat katibi vəzifəsində çalışıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.