Günəbaxan tumu və qabığı orqanizmə ziyan deyil — ALİMLƏR AÇIQLADI

Günəbaxan tumuna həvəs kor bağırsağın iltihabı ilə nəticələnir.
Uzun illər buna inanmışıq.

Day.Az "Ölkə.Az"a istinadla xəbər verir ki, türk həkimləri bu mifi darmadağın ediblər.

Mütəxəssislər 2000 kor bağırsaq əməliyyatını analiz ediblər. Məlum olub ki, cəmi 8 əməliyyatda kor bağırsaqda qida qalığı iltihaba səbəb olub. Onlardan cəmi biri meyvə çəyirdəyi ilə bağlı olub.

Rusiyalı alim Sergey Vyalov türk həmkarları ilə həmfikirdir və bildirib ki, günəbaxan tumu və qabığı kor bağırsaqda problem yaratmır. O, əmindir ki, ümumiyyətlə qida məhsulları iltihaba səbəb olmur.
"Günəbaxan tumu, meyvə və giləmeyvələri qabığı ilə yemək olar. Heç bir problem yaranmaz", - deyə Vyalov bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.