“Fast food”un böyük təhlükəsi aşkarlandı

Avstraliya Milli Universitetinin alimləri "fast food"un beyinin vaxtından əvvəl qocalmasına səbəb olduğunu müəyyən edib.

Day.Az oxu.az-a istinadla xəbər verir ki, bu barədə elmi məqalə "MedicalXpress" tibb portalında dərc olunub.

Mütəxəssislər mövzu ilə əlaqədar 200 elmi işi təhlil edib və "fast food"un insan sağlamlığına zərərli olduğunu qət edib.

"Uzunmüddətli qeyri-sağlam qida vərdişləri və qeyri-kafi fiziki tapşırıqların ikinci tip diabetin inkişafı riskini əhəmiyyətli dərəcədə artırdığı və beyin funksiyalarını zəiflətdiyi aydın olub", - deyə araşdırmanın mətnində deyilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.