İzdivac verilişinin məşhur aparıcısı 5 ilədək həbs edilə bilər

Evlilik verilişinin aparıcısı kimi məşhurlaşan Esra Erola 5 illik həbs cəzası verilə bilər.

Day.Az Publika.az-a istinadən xəbər verir ki, gözəllik salonlarından birinin sahibi olan Özlen adlı qadın Esra Erolu məhkəməyə verib. O, Esranı bir neçə il əvvəl verilişində onu "Yuva yıxan qadın" kimi göstərməkdə və şəkillərini nümayiş etdirməkdə ittiham edib.

İfadə verən aparıcı görüntüləri şikayətçilərin təqdim etdiyini bildirib.

Prokurorluq şəxsi həyatın ictimailəşdirilməsi və təhqir maddələri ilə E.Erol barəsində bir il üç aydan beş ilədək həbs cəzası tələbi ilə istintaq başladıb. Odur ki, Esra Erol qarşıdakı günlərdə hakim qarşısına çıxacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.