Demet Akalın yenə Bakıya gəlmək fikrindən daşındı

Türkiyəli müğənni Demet Akalın bu gün paytaxt məkanlarının birində konsert proqramı ilə çıxış edəcəkdi.

Day.Az axşam.az-a istinadən bildirir ki, konsert ikinci dəfə ləğv olunub.

1600 bilet satılsa da, ifaçı Bakıya gəlmək fikrindən daşınıb.

O, sabah Türkiyədə klubların birində səhnəyə çıxacaq.

Qeyd edək ki, konsertin ilkin tarixi 1 maya təyin olunmuşdu, lakin sonra vaxt dəyişdirilmişdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.